Yağış və dolu Ağdamın kənd təssərrüfatına ciddi ziyan vurub

Ağdam. Trend:

Son günlər yağan aramsız yağışlar və dolu düşməsi nəticəsində
Ağdamın kənd təssərrüfatına ciddi ziyan dəyib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, yağışlı hava
ümumilikdə 83 fermerə məxsus 397.92 hektar pambıq sahəsini məhv
edib.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) AzerTimes-a verilən
məlumata görə, dəymiş ziyanın aradan qaldırılması üçün 30 hektar
sahədə təkrar səpin işləri aparılıb, 192.92 hektar sahədə isə
takrar səpinin aparılması nəzərdə tutulub.

DAİM-dən o da bildirilib ki, rayonun “Ergi” ərazisində Xəqani
Əliyevə məxsus 86 hektar buğda sahəsinə ziyan dəyib. Rayon
ərazisindən keçən Qarqar çayının daşması nəticəsində Əfətli
kəndində 78 hektar qarğıdalı, 3 hektar soğan sahəsinə ziyan
dəyib.

Teqlər: