Bərdədə qadının əri tərəfindən öldürüldüyü evdən görüntülər (FOTO/VİDEO)

Bərdə. Trend:

Dünən Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü
Xasa Orucova əri 1996-cı il təvəllüdlü Təbriz Orucov tərəfindən
öldürülüb.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, T.Orucov həyat yoldaşını
ov tüfəngindən atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Teqlər: