TEKNOFEST-də investorların da iştirakı layihələrə investisiya cəlbinə imkan verəcək – Rəşad Nəbiyev

Bakıda TEKNOFEST festivalında 25 ölkədən 50-dən çox komanda və
mindən çox iştirakçı yer alır.

Trend-in
məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev deyib.

Onun sözlərinə görə, komandalar dörd gün ərzində öz layihələri
üzərində işləyəcək.

Festivalda investorların və vençur fondlarının rəhbərlərinin
iştirakı bu layihələrə investisiya cəlb etməyə imkan verəcək.

“TEKNOFEST-in iştirakçıları pul mükafatları ilə yanaşı, böyük
təcrübə də qazanacaqlar. Festivalda iştirak bu komandalara həm də
gələcəkdə texnika və texnologiya istehsalçı şirkətləri kimi
formalaşmağa imkan yaradacaq”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)