Xocəsəndəki yerüstü metro stansiyası üzərində çətirlərin quraşdırılmasına başlandı

Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən “Xocəsən” deposunun sərnişin stansiyası üzərində çətirin
qurulmasına başlanılıb.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq metropolitenin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri
davam etdirilir.

“Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu
infrastrukturu qurulacaq. Stansiyada hazırda yardımçı və texniki
otaqlarda infrastruktur işləri davam etdirilir.

Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır”,
– B.Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırkı
səviyyədə davam edərsə, Xocəsən deposu və yerüstü metro stansiyası
bu ilin axırına istifadəyə verilə bilər.

Teqlər: