“Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük
Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals
PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə
5 may Beynəlxalq mama gününə həsr edilmiş “Hamiləlikdə
genital və ekstragenital xəstəliklər”
mövzusunda
Beynəlxalq Elmi Konqres həyata keçiriləcək.

Hibrid formatda həyata keçiriləcək Beynəlxalq Elmi Konqresdə
“Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və
daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və
psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar”
başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Britaniyanın
yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 16
məruzə dinləniləcək. Konqres panel müzakirələr və sual-cavab
sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Konqres proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq,
kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist,
hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq,
pediatr və neonatoloq ixtisasına malik həkimlər üçün nəzərdə
tutulmuşdur.

Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant
olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə
iştirak ödənişlidir!

Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100
AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir.
Distant iştirak haqqı isə 20 AZN-dir.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı
və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6

Proqramla tanış olmaq üçün link:
https://customshospital.az/5-may-hamilelikde-genital-ve-ekstragenital-xestelikler-beynelxalq-elmi-konqres/

Ödəniş etmək üçün link: https://abblink.az/merch/customshospital

Teqlər: