Xocavənddə xeyli silah-sursat və tank əleyhinə idarə olunan raket sistemi aşkar edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan
azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən
silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində
intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon
ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar
edilib.

Tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə
idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və
alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş
sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: