Rusiyada dağ-mədən kombinatı partlayıb, ölənlər var

Rusiyanın Orenburq vilayətində dağ-mədən kombinatında partlayış
baş verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Qeyd olunur ki, hadisə yerin 1,2 kilometr dərinliyində
partlayıcı maddənin plandan kənar partlaması nəticəsində qeydə
alınıb.

Partlayışdan sonra kombinatda qalan 88 işçi təxliyə edilib.

Hadisə ilə bağlı Orenburq vilayət prokurorluğu cinayət işi
başladıb.