Xocasəndə mindən çox ağac əkilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika
Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə
növbəti ağacəkmə aksiyası aprelin 16-da Xocasən qəsəbəsində
keçirilib.

IDEA İctimai Birliyindən AzerTimes-a verilən məlumata görə, IDEA
İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə
təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına
Ombudsman Aparatının rəhbərliyi və kollektivi qoşulub.

Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının
torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun
ağacı əkilib.

Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması
səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA
İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin
mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən
tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Teqlər: