Bugünkü buraxılış imtahanlarından 2 nəfər xaric edilib – DİM

16 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən
Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar,
İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt

(I hissə)
, Lənkəran və Gəncə (Kəpəz) şəhərlərində ümumi (9
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, bu gün, həmçinin tədrisi gürcü dilində olan
məktəblərin şagirdləri də imtahan veriblər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan
binası, 1750 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
100 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2166
nəzarətçi-müəllim, 206 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100
bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 23107 şagirdin iştirakı gözlənilirdi. İmtahanda
fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər)
şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi
üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli
şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq
xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli
şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti
üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı
üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb
olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə
unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və
ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli
arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha
xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən
buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini
(şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi
unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.

Teqlər: