Xocalı soyqırımı ilə bağlı Danimarka hökumətinə və parlamentinə müraciət edilib

Danimarkada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu
ildönümü ilə əlaqədar ölkənin rəsmi qurumlarına müraciət
ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Vətən”
Danimarka-Azərbaycan Cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə
ölkənin Baş naziri Mette Frederiksenə, ölkə parlamentinin sədri
Henrik Dam Kristensenə, xarici işlər naziri Yeppe Koffoda
ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı birləşmələrinin və terrorçu dəstələrinin sovet
ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının koməyi ilə
Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla
soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, BMT Baş Assambleyasının 11 dekabr 1946-cı il
tarixli 96 (I) saylı qətnaməsinə və 9 dekabr 1948-ci il tarixli 260
(III) saylı qətnaməsi ilə qəbul olunan Soyqırımı Konvensiyasına
əsasən, Xocalı sakinlərinin etnik mənsubiyyətlərinə görə və
əvvəlcədən düşünülmüş niyyətlərlə kütləvi şəkildə qətlə yetirilməsi
soyqırımı kimi şərh edilməlidir.


Soydaşlarımız beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri
Xocalı faciəsini soyqırım aktı və bəşəriyyətə qarşı cinayət kimi
tanımağa çağırıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Teqlər: