Xocalı soyqırımının ildönümü ilə bağlı Xankəndi və Əsgəran istiqamətində azan səsləndirilib (VİDEO)

İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu
ildönümü ilə bağlı azan oxunub.

AzerTimes-ın məlumatına görə,
vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın
audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə
Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində
səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə
aydın eşidilib.

Azan səsi növbəti dəfə 16.58-də səsləndiriləcək.


Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi
Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. Hafiz
Sədrzadə Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi
Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər
Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O,
bu azanı “Zəminxarə” muğamı üstündə oxuyub.

Teqlər: