İranda daha 224 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 7 039 nəfər koronavirusa (COVID-19)
yoluxub, 224 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 136 390 nəfərə,
yoluxanların sayı isə 7 030 943 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 966 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 616 633 nəfər koronavirusdan sağalıb, 47
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 141 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,7 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,4 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 22,9 milyon təşkil
edir.