Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir – Milix Yevdayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş
cinayətdir.

AzerTimes-ın məlumatına görə, bunu Dağ Yəhudiləri İcmasının rəhbəri
Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının
ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

“Mənfur düşmənlərimiz sevginin mahiyyətini itiriblər. Onlar
uşaqlara, qadınlara aman verməyiblər”, – İcma sədri deyib.


O qeyd edib ki, Azərbaycanda ordu ilə xalqın birliyi dəmir
yumruğu yaratdı və o dəmir yumruq sayəsində göstərdik ki,
Azərbaycan xalqının kükrəməsi necə olur.

“Biz yəhudilər Azərbaycandan uzaq düşməmişik, biz Azərbaycanı
doğma Vətən bilmişik”, – deyə o bildirib.

Teqlər: