İranda ötən sutka koronavirusdan 223 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 22 073 nəfər koronavirusa (COVID-19)
yoluxub, 223 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 135 499 nəfərə,
yoluxanların sayı isə 6 983 635 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 918 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 539 783 nəfər koronavirusdan sağalıb, 46,7
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 140 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,3 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,2 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 22,5 milyon təşkil
edir.