Bakıda Novruz çadırları qurulub (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakının müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar qida və
qeyri-qida məhsullarının satıldığı çadırlar fəaliyyətə
başlayıb.

Trend-in
əməkdaşının məlumatına görə, bunlardan biri də metronun Elmlər
Akademiyasının çıxışında yerləşir.

Müxtəlif növ qida və qeyri-qida məhsullarının satıldığı çadır
həm məhsul çeşidliyi, həm də yerləşdiyi yerə görə sakinlər üçün
əlverişlidir. Çadırda olduğumuz zaman məhsullara kifayət qədər
tələbatın olduğunu gördük.

Alıcılar arasında daha çox tələbat Novruz bayramında istifadə
olunan məhsullaradır.


Qeyd edək ki, qoz ləpəsinin kiloqramı 12-16 manat, fındıq ləpəsi
10-12 manat, səməni isə 3-6 manat arası dəyişir.

Twitter:@FaridZohrabov

Teqlər: