Xızıda orta əsrlərə aid qala qalıqları tapılıb (FOTO)

Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta
əsrlərə aid olan qala qalıqları tapılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr
sektorunun müdiri Nuridə Allahyarova Trend-in sorğusuna cavab olaraq bildirib ki,
qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və “Artefakt
ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları
ilə əhatə olunub.

Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi
kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif
rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət
qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start
verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti Milli Elmlər Akademiyasının
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı
ilə bağlı müraciət edəcək.

Teqlər: