Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 251 nömrəli
Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı
Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər
Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə AzerTimes-a AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş
edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola
düşəcəklər.

Teqlər: