Xızı sakini avtomatla saxlanılıb (FOTO)

Xızı rayon sakinindən avtomat və ona aid sursat aşkar
edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin
əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi
istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini
Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd
patron darağı və 27 ədəd patron götürülüb.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: