Qanuni tikinti apardığım halda gəldilər ki, Vilyam Hacıyev 2 min manat istəyir-Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Elnur İsayev bildirib ki,
İmişli rayon İcra Hakimiyyətinin binasının tikintisi zamanı Vilyam
Hacıyevi tanıyıb.

“Vilyam müəllimin qəbulunda olmuşam, tanıyıram. Tikintini aparan
şirkətin icraçı direktoru olmuşam”,- deyə şahid bildirib.

Prosesdə Vilyam Hacıyev bildirib ki, şahidi tanımır.

Sahibkar Həsən Zahidov isə bildirib ki, İmişlidə yükdaşıma
şirkəti var: “Vilyam Hacıyevlə heç bir münasibətimiz olmayıb.
Obyekt tikirdim, memar Rəsulov Nazim gəldi ki, tikinti qanunsuzdur.
Biz sərəncamı göstərdik, dedi ki, Vilyam Hacıyev deyib ki,
tikintini dayandırın. Mən sərəncamı əvvəlki başçıdan almışdım.
Sərəncamın surətini verdim Nazimə getdi. Sonradan zəng vurub dedi
ki, tikintini davam etdirmək üçün Vilyam Hacıyev 2 min manat
istəyir. Dedi ki, əks təqdirdə polis çağıracağıq. Mən də məcbur
olub 2 min manat verdim. Çünki məcbur idim, tikintini
dayandırmışdı. Tikintini aparmalı idim, dolanacağım ondan
çıxır”.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: