XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

10 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik
xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi
başlayıb.

XİN-dən AzerTimes-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən
həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə
mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə
təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək
davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan
sonrakı 10 gün ərzində açıqlanacaq.

Teqlər: