Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru əminliklə irəliləyir – Səttar Möhbalıyev

Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident kimi siyasi
fəaliyyətini xarakterizə edərkən görürük ki, ölkəmizin həyatının
bütün sahələrində böyük uğurlar və nailiyyətlər biri-birini
əvəzləyir, Azərbaycan sürətli inkişaf yolu tutub. Hər bir
Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir. İlk öncə, onu
deyim ki, ölkəmizdə siyasi sabitlikdir, firavanlıq, əmin-amanlıq
bərqərar olub, insanların sosial rifahı ildən-ilə yaxşılaşır. Bütün
bunların qarantı bilavasitə cənab İlham Əliyevdir. Çünki onun
siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və qəbul etdiyi
bütün qərarlarda dövlətimizin və xalqımızın mənafeyi əsas təşkil
edir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, milli maraqları hər şeydən üstün tutması və
ən ağır məqamlarda belə onu ləyaqətlə qorumağı bacarması, siyasi
iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən
müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi xalqın
qəlibində cənab İlham Əliyevə olan sevgini daha da artırır: “Məhz
bütün bu və digər amillər imkan verdi ki, 2018-ci il aprelin 11-də
azad və demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev
Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin
səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilsin. Onun siyasi fəaliyyəti, daxili və xarici siyasət
sahəsində gördüyü işlər məntiqi ardıcıllıqla bir-birini tamamlayır.
Ölkə daxilində və xaricdə baş verən hadisələrə münasibəti birmənalı
və dəqiqdir. İnsanlarla bütün ünsiyyət anlarında müstəqil
dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər
haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır.
Dövlətimizin başçısının hər bir çıxışı, hər bir nitqi onun peşəkar
bilik səviyyəsinə malik olduğunu göstərir. Xalqın hər bir
nümayəndəsi ilə ünsiyyət yaratmaq keyfiyyəti, Prezident-vətəndaş
arasındakı psixoloji maneəni aradan götürməyi böyük ustalıqla
bacarması İlham Əliyevə xalqın böyük inamını, məhəbbətini daha da
artırır”.

“Qədirbilən xalqımız cənab İlham Əliyevə hər zaman etimad
göstərməklə bilavasitə ölkəmizdə görülən misilsiz işləri, uğurlu
daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək
qiymətləndirmiş olur: “Xüsusilə qeyd edim ki, 2003-2018-ci illər
Azərbaycan iqtisadiyyatının ən parlaq dövrü kimi tarixdə qalıb,
Belə ki, ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə,
valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanları köklü
şəkildə yaxşılaşıb. Bu statistika cənab İlham Əliyevin əzm və
qətiyyətlə həyata keçirdiyi sistemli və ardıcıl islahatların
nəticəsidir. Bundan başqa, minimum əməkhaqqı 12.9 dəfə artıb, 1 958
400 yeni iş yeri açılıb. Rəqabət qabiliyyətliyinin artırılması,
neftdən asılılığın azaldılması yöndə addımların atılması,
keyfiyyətli ixrac məhsullarının çoxaldılması Azərbaycanın iqtisadi
imkanlarını genişləndirib”, – Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev qeyd edib ki, 2003-cü ildən bu yana ictimai həyatın
bütün sahələrində əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir
ki, xalq öz taleyini cənab İlham Əliyevə etibar etməkdə qətiyyən
yanılmayıb: “Onun düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində
Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit
və qüdrətli dövlətinə çevrilib. Bu uğurların təməlində Prezidentin
şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı
Mehriban xanım Əliyevanın misilsiz xidmətləri dayanır. Məhz onun
yürütdüyü siyasət cənab İlham Əliyevin fəaliyyətinə çox böyük
dəstək olmaqla həm də xalqın Prezidentə olan sarsılmaz inamını daha
da möhkəmləndirir”.

AHİK sədri ifadə edib ki, bu gün xalqımız dövlətimizin
başçısının ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru
əminliklə irəliləyir: “İnanırıq ki, Prezident İlham Əliyevin
rəhbərliyi altında böyük uğurlarımız, nailliyyətlərimiz hələ
qarşıdadır”.

Teqlər: