Bakıda 80 yaşlı kişinin əl-qolunu bağlayıb, evini taladılar

DİN-in “102 – Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində
Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə
girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və
ərzaq mallarını talamaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini
törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar
– Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini
Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: