Xaçmazın Nərəcan kəndində səyyar qəbul keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri
ilə birlikdə Nərəcan kəndində qəbul keçirib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsinə daxil olan Ağtala,
Mürşüdoba, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri
iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri
dinlənilib. Müraciətlər yeni salınan yaşayış massivlərinin
qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, içməli və
suvarma suyuna olan ehtiyacın ödənilməsi, məktəb binasının təmiri
və digər sosial sahələri əhatə edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Teqlər: