Belarus və Azərbaycan 70 milyon dollardan çox məbləğdə müqavilələr imzalayıb

Belarusun baş naziri Roman Qolovçenkonun Azərbaycana işgüzar
səfəri çərçivəsində iki ölkə arasında 70 milyon dollardan çox
məbləğdə müqavilələr və sənədlər imzalanıb.

Trend bu barədə
Belarus mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, Bakıda keçirilən beynəlxalq sərginin ilk günündə
55 milyon dollardan çox məbləğdə müqavilələr imzalanıb.

Bundan başqa, Gəncə Avtomobil Zavoduna səfər zamanı MAZ və QAZ
şirkətləri arasında 950 traktorun tədarükü ilə bağlı 15,5 milyon
dollarlıq müqavilə imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: