Xaçmazda səyyar qəbulun növbəti ünvanı Aslanoba kəndi olub (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd və
qəsəbələrdə sakinlərlə görüşlərini davam etdirir. Növbəti belə
səyyar qəbul Seyidlikəndyeri inzibati ərazi dairəsinə daxil olan
Aslanoba kəndində keçirilib. Qəbulda Seyidlikəndyeri
nümayəndəliyinə daxil olan Xuray, Aşağıoba və Aslanoba kəndlərinin
eləcədə Sahillər qəsəbəsinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının rəhblərləri, təhsil, səhiyyə,
mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar
qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının
yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi, örüş
sahələrinin ayrılması, yeni məktəb binasının tikintisi, rabitə və
internet kimi məsələləri gündəmə gətiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: