“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir (FOTO)

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən “Ən yaxşı
radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış
keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yarışın keçirilməsində əsas diqqət şəxsi
heyətin taktiki-xüsusi, xüsusi hazırlıq və kütləvi qırğın
silahlarından qorunma, kimya təminatı tapşırıqlarının yerinə
yetirilməsi zamanı cihazlardan, fərdi qorunma vasitələrindən
istifadə etmə və sıra fəndlərinin yerinə yetirmə bacarıqlarının
təkmilləşdirilməsi, həmçinin hərbi qulluqçuların yüksək fiziki və
mənəvi-psixoloji dözümlüyünün tərbiyə edilməsinə yönəldilib.

Dörd mərhələ üzrə keçiriləcək yarışın nəticələrinə əsasən “Ən
yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” müəyyən
ediləcək.

Teqlər: