Xaçmazda Mobil Qruplar əhalini maarifləndirir (FOTO)

Xaçmaz rayonunda koronavirus infeksiyasının kütləvi yayılmasının
və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə ictimai
iaşə obyektlərində reydlər davam etdirilir.

Reydlər pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq
qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun
(COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə
təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə
həyata keçirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Polis
Şöbəsinin əməkdaşları fəal gənclərlə birlikdə qapalı məkanlarda
müvafiq qaydalara əməl edilməsinə nəzarət edir, vətəndaşların tibbi
maskalardan istifadə və COVID-19 virusuna qarşı vaksin
olunub-olunmamalarını yoxlayırlar.

Reydlər zamanı Xaçmaz və Xudat şəhəri eləcədə Qusarçay kəndində
yerləşən mağazalarda, ictimai iaşə obyektlərində və digər qapalı
məkanlarda sanitar-karantin qaydalarına əməl olunması yoxlanılıb.
Bir neçə mağazada bəzi alıcıların və satıcıların tibbi maskadan
istifadə etmədiyi aşkarlandığı üçün barələrində inzibati qaydada
tədbirlər görülüb. Restoran və kafelərdə isə müştərilərin, eləcə də
xidmət personalının COVID-19 pasportu yoxlanılıb, qaydalara riayət
etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların diqqətinə
çatdırılıb.


Qeyd edək ki, Xaçmaz rayonunda əhalinin maarifləndirilməsi və
buster doza vaksinasiyaya cəlb olunması üçün mobil qruplar
yaradılıb. Mobil qrupların üzvləri polis əməkdaşları ilə birlikdə
müxtəlif kənd və qəsəbələrdə maarifləndirici tədbirləri davam
etdirir.

Teqlər: