Bakıda narkotik tərkibli içki satılır?

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda mağazaların birində üzərində marixuana təsviri olan içki
satılır. 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu
içikinin üzərindəki etiketdə də tərkibində vitaminlərlə bərabər,
xaşxaş bitkisinin olunduğu da qeyd edilib.

Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq
bildirilib ki, məsələ dövlət qurumu tərəfindən nəzarətə götürülüb
və araşdırma aparılacaq.


Qida ekperti Məhsəti Hüseynova isə bildirir ki, satılan məhsulun
etiketində narkotik bitkinin qeyd edilməsi içkinin tərkibində bu
maddədən mütləq istifadə olunduğunu göstərir:

“Tərkibində narkotik olan qidalar yaddaşı, təfəkkürü pozur,
orqanizmə ziyan vurur və asılılıq yaradır. Hər bir halda üzərində
şəkili ilə birlikdə satılması qanunaziddir. Araşdırma aparılmalı və
tərkibindəki narkotikin miqdarı öyrənilməlidir”, – deyə mütəxəssis
qeyd edib.

Teqlər: