Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan
fiqurlu konkisürəni Yekaterina Ryabovanın çıxış etdiyi qadınlar
sərbəst proqram yarışları başlayıb.

Trend-in
məlumatına görə, onunla yanaşı daha 24 idmançı final mərhələsində
mübarizə aparacaq.

Qeyd edək ki. Y.Ryabova fevralın 15-də qısa proqramda 61.82
xalla 16-cı yer tutmuşdu.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər
arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Teqlər: