Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti
dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin
sənədləşdirilməsi və digər sosial müdafiə məsələlərini əhatə
edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.

Teqlər: