İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin
əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin
və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz
keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, may
ayının 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət
aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına
dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal
“Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş
sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə
sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi
2 kiloqram narkotik vasitə “marixuana”ya bənzər maddələr, 1 ədəd
dərman vasitəsi “Guaifenesin” və 1 ədəd 200 ml plastik qabda
naməlum tərkibli maye aşkar olunaraq götürülüb.

May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1
nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan
Respublikası istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması
sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi
qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq
naməlum ayaq izləri aşkarlanıb. Həyata keçirilmiş kompleks sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı
avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu
“Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil
saxlanılıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini 1981-ci il təvəllüdlü
Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini 1994-cü il
təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları
müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın
içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə
“marixuana”yabənzər maddə və 2990 ədəd “metadon-40” psixotrop həbi
aşkarlanıb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: