Abşeronda 35 evi qarət edən narkotik alverçilərindən ibarət dəstə yaxalandı (FOTO/VİDEO)

Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər
Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı
müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin
qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən
oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, eyni
məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 4
sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da
evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən
zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən
edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində
hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam
İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar.
Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif
vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da əməliyyatlar
həyata keçirilib.Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6
nəfər tutulub. Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində
narkotik vasitələrin satışını həyata keçirən, qalan 4 nəfəri isə
onlar üçün narkokuryerlik edənlər şəxslər olublar. Onlardan külli
miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan
metamfetamin aşkar olunub.

Qeyd edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində
cinayət işləri başlanılıb, araşsrımalar davam etdirilir.

Teqlər: