“Warner Bros.” kinoşirkəti Rusiya bazarına qayıtmaq istədiyini bildirib

“Warner Bros.” kinoşirkətinin beynəlxalq distribusiya məsələləri
üzrə prezidenti Endrü Kripps studiyanın məhsullarını Rusiya
Federasiyası bazarına qaytarmaq arzusunu bəyan edib. Bu barədə
“Deadline” portalı məlumat yayıb.

AzerTimes-ın
məlumatına görə, E.Kripps bu barədə Las-Veqasda kinoteatr
sahiblərinin toplaşdığı “CinemaCon” sərgisində bildirib.

Daha əvvəl Amerikanın “The Walt Disney” şirkəti Rusiyada bütün
fəaliyyətini dayandırıb. Həmçinin “Sony Pictures” şirkəti müvafiq
qərar qəbul edib. “Warner Bros.” studiyası da martın 2-nə Rusiyada
nəzərdə tutulmuş “Betmen” filminin premyerasını dayandırıb.