Meksikada “Mi-17” helikopteri qəzaya uğrayıb

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Mi-17” helikopteri
ölkənin Sinaloa ştatında qəzaya uğrayıb. Hadisə Masatlan Beynəlxalq
Hava Limanında baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrindən
bildiriblər.

Məlumata əsasən, helikopterin göyərtəsində beş herbi qullquçusu
olub, onlar həyat üçün təhlükə olmayan xəsarət alıblar.

Təyyarə ölkənin şimalındakı Sonora ştatında meşə yanğınlarının
söndürülməsində iştirak edib.

Teqlər: