Rusiya Bolqarıstana qaz nəqlini dayandırıb

Rusiyanın “Qazprom Export” şirkəti Bolqarıstana qaz nəqlinin
dayandırıldığını rəsmən elan edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin
yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, aprelin 27-dən
etibarən Bolqarıstana təbii qaz tədarükü dayandırılır.

Bildirilib ki, Energetika Nazirliyi, “Bulqarqaz” və
“Bulqartransqaz” qaz təchizatı və problemlərin həlli ilə bağlı
alternativ yollar axtarır. Hazırda Bolqarıstanda qaz istehlakı ilə
bağlı heç bir məhdudiyyət yoxdur.

Teqlər: