Vyetnam beynəlxalq uçuşlara koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətləri aradan götürür

Vyetnam fevralın 15-dən etibarən beynəlxalq uçuşlarda COVID-19
məhdudiyyətlərini aradan qaldırır.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, uçuşların sayında
da heç bir məhdudiyyətlər olmayacaq.

Vyetnam pandemiyanın başlanğıcında sərt sərhəd nəzarəti tətbiq
etdi, lakin bu, ümumi daxili məhsulun təxminən 10% -ni təşkil edən
və hazırda sürətlə inkişaf edən turizm sektoruna zərbə vurdu.

Ölkənin Mülki Aviasiya Administrasiyasının direktor müavini Dinh
Viet Son bildirib ki, artıq tərəfdaşlar bu yeniliklə bağlı
məlumatlandırıb və hazırda yalnız Çin kommersiya uçuşlarının
bərpasına razı olmayıb.

Vyetnamda pandemiya zamanı 2,5 milyon COVID-19-a yoluxma halı və
39 minə yaxın ölüm qeydə alınıb. Rəsmi məlumatlara görə, 98
milyonluq əhalinin təxminən 98%-i azı iki doza peyvənd alıb.