Çində Olimpiadaya gələnlər arasında 3 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarına
gələnlər arasında daha 3 nəfərdə koronavirusa yoluxma halı aşkar
edilib.

Trend-in
məlumatına görə, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi
bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 32 nəfər, o cümlədən 14 idmançı
gəlib. Keçirilən PSR testləri nəticəsində biri idmançı olmaqla 3
nəfərdə virus aşkar edilib.


Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən
20-dək keçirilir.