Boliviyada avtobus qəzasında azı 4 nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyanın cənubundakı Çukizaka departamentində bazar günü
səhər tezdən avtobusun dərəyə aşması nəticəsində azı 4 nəfər ölüb,
22 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli
qurumlar məlumat yayıb.

Departament prokuroru Maurisio Nava yerli mediaya bildirib ki,
Monteaqudo şəhərində baş verən qəzaya sürət həddinin aşılması səbəb
olub.


İlkin məlumata görə, avtomobil Sukre-Monteaqudo marşrutu ilə
hərəkət edərkən aşırıma qalxarkən dərəyə aşıb.

Nava bildirib ki, yaralılara kömək etmək üçün hadisə yerinə
polis və İctimai İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Teqlər: