VTB (Azərbaycan) I rübü 5.5 milyon xalis mənfəətlə başa vurub

“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci rübünün maliyyə
nəticələrini açıqlayıb.

31 mart 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 11.6
milyon manat, o cümlədən faiz gəlirləri 6.2 milyon manat,
qeyri-faiz gəlirləri – 5.4 milyon manat təşkil edib. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 71%, qeyri-faiz
gəlirləri isə 3.1 dəfə artıb. Gəlirlərin artımı xalis kredit
portfelinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.4%
böyüməsinın, həmçinin tranzaksiya biznesinin və hüquqi şəxslərin
hesablaşma əməliyyatlarının artımının nəticəsidir.

Qeyd etmək lazımdır ki, bank hesabat dövründə 3.4 milyon manat
həcmində əməliyyat mənfəəti əldə edib. Bankın xalis mənfəəti ötən
ilin müvafiq dövrü ilə müqayisədə artaraq birinci rübün sonuna 5.5
milyon manat təşkil edib.

Bankın kapitalı ilin əvvəlindən 8% artaraq hesabat dövrünün
sonuna 74.2 milyon manat təşkil edib.

Teqlər: