Türkiyə ilə İran sərhədində beton sədd tikilir

Türkiyə ilə İran sərhədində beton sədd tikilir.

AzerTimes-ın TurkicWorld-a istinadən məlumatına görə, bu haqda
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirb.

S.Soylu Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin
qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə
tamamlanacağını qeyd edib.

“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan
sərhədlərimizdə divar inşası işləri aparılıb” – deyə nazir əlavə
edib.

Məlumat üçün bildirək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı
və İğdır sərhədində 191 kilometr, Suriya sərhədində isə 837
kilometr uzunluğunda divar tikilib.