Azərbaycanla Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir – Məhərrəm Əliyev

Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli
inkişaf edir.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi,
Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri,
Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın
Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən
Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, müstəqillik qazandıqdan sonra iki ölkə arasında
əlaqələr qarşılıqlı hörmət və inam əsasında inkişaf etməyə davam
edib.

M.Əliyev bildirib ki, Azərbaycan və Tacikistan beynəlxalq
təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. “Bizim regional
məsələlərdə mövqelərimiz üst-üstə düşür. Hər iki ölkə bir-birinin
ərazi bütövlüyünü və suverenliyini dstəkləyir. Bu gün Azərbaycan və
Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə
liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına
müsbət töhfə verir”, – deyə M.Əliyev əlavə edib.

Teqlər: