Vladimir Putin Prezident İlham Əliyevə məktub göndərib

Rusiya Prezidenti Vladimir Putindən Azərbaycan Prezidenti İlham
Əliyevə məktub gəlib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: Hörmətli İlham Heydər oğlu,

Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan
Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər
ərzində bir çox işlərin reallaşmasına nail olunub. Ticari-iqtisadi,
elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv siyasi
dialoq, səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişil
bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə
işləyirik.

Bu il mühüm nailiyyətlə – Rusiya və Azərbaycan arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması
ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni,
keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl
maraqlarına uyğun gəlir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm
cansağlığı, bütün həmvətənlərinizə isə əmin-amanlıq və firavanlıq
arzu edirəm”.

Teqlər: