Güclü külək sürücü və piyadalar üçün təhlükəli vəziyyət yaradır – DYP

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində
davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücülərə
xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AzerTimes-ın
sorğusuna cavab olaraq bildirib ki, kəskin hava şəraiti ilə
əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park
etməsinlər.

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması
sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət
yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və
piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik
qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri
çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə
edirik.

Eyni zamanda moped və motosikl tipli nəqliyyat vasitələrindən,
eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini
məhdudlaşdırsınlar.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər
məhdudlaşdırmağı xahiş edirik”, – o vurğulayıb.

Teqlər: