Veb-saytların hazırlanması üçün Web Coder-ə müraciət edin

Sayt hazirlanmasi – Hər hansı bir məlumatı,
məhsulu, xidməti, şəxsi, qurumu, markanı və s. təmsil etmək üçün
internet şəbəkəsindəki ərazi veb sayt adlanır. Rəqəmsal dünyanın
inkişafı ilə veb saytlarda çox yüksək bir artım var. Bu gün
milyonlarla veb sayt var və saytlar ilə istədiyimiz hər bir
məlumata, istənilən məhsula, hər hansı bir xidmətə və daha çoxuna
nail ola bilirik. Yaxşı veb sayt necə hazırlanır? Bir veb sayt hazirlanmasi müddətində bəzi
mərhələlərdən keçmək lazımdır. Bu mərhələlərin nə olduğunu
aşağıdakı başlıqdan öyrənə bilərsiniz.

Veb sayt yaratmağın ilk addımı bir domen seçib satın almaqdır.
Domen adı veb sayt adı deməkdir. Bir domen seçərkən onun
layihənizlə əlaqəli olduğundan əmin olmalısınız. Veb saytınızın adı
layihənizlə nə qədər uyğun olarsa axtarış sistemlərində daha üst
sıralarda yer alacaqsınız. Məsələn boya satışı ilə məşğul olan bir
şirkəti tanıtmaq üçün bir veb sayt qurmaq istəyirsiniz. Bu veb
saytın yaradılması zamanı şirkətin adına uyğun olan bir domen
seçməlisiniz.

Veb sayt dizaynı

Əlavə olaraq veb sayt hazirlanmasi zamanı,
saytın SEO ilə uyğun olmasına və mobil və idarəetmə paneli
uyğunluğuna diqqət yetirməlisiniz. Hansı proqramlaşdırma dilindən
istifadə etməyinizdən asılı olmayaraq, hər kod sətrindən sonra bu
kodu hansı funksiya üçün yazdığınızı göstərin. Bu axtarış sistemi
botları üçün bir üstünlükdür və veb saytınız üçün veb dizayn
üzərində işləyəcək olanlara və inkişaf etdirənlərə kömək
edəcəkdir.

Veb sayt yaratma prosesinin ən asan və ən son addımıdır. Veb
saytınızı ilk öncə lokal səviyyədə işə salmaqla çatışmazlıqlarınız
olub olmadığını görə bilərsiniz və bu çatışmazlıqları düzəldə
bilərsiniz. Sonra veb saytınızı hosting xidməti aldığınız əraziyə
daşımalısınız. Bu sahəyə domen ünvanınızı daxil etdikdən sonra
bütün sənədlərinizi köçürün və veb saytınızın istifadəçilərə
açılmasını gözləyin.

Veb saytların axtarış sistemlərində reklam olunması son illər
müəssisə və ya şirkət sahibləri üçün satıların artırılmasında
olduqca böyük rol oynayır. SEM xidməti iki seçimdən ibarətdir: ‘klik başına ödəniş’ və ya ‘izlənmə sayına görə ödəniş’. Əvvəlcə
qiymət sistemində hesabınızdakı məbləğdən istifadə ediləcək məbləği
təyin etməlisiniz. Müəyyən edilmiş məbləğə görə sistemdə almaq
istədiyiniz xidmət haqqının ekvivalenti müəyyən edildikdən
sonra,izlənmə və ya klik sayına əsasən təyin olunan vahid qiymət
avtomatik olaraq hesabınızdan çıxılır. Klik sayına əsasən qiymət
metodunu seçsəniz, veb saytınızın axtarış sistemlərində hər dəfə
göründüyü zaman vahid qiyməti büdcənizdən çıxılacaq. İzlənmə sayına
görə qiymət metoduna üstünlük verirsinizsə, axtarış sistemlərində
edilən axtarış nəticələrində saytınıza hər dəfə baxıldıqda müəyyən
edilmiş vahid qiyməti hesabınızdan çıxılacaq. Sayt hazirlanmasi
prosesi zamanı hədəflərinizə əsasən hansını seçəcəyinizə qərar
verməlisiniz.

Veb-saytların hazırlanması, SEO-ya uyğunlaşdırılması, SEM kimi
xidmətlər üçün Web Coder-ə müraciət edin.

Teqlər: