Rusiyanın MiQ-31 qırıcısı qəzaya uğrayıb

Rusiyanın şimal-qərbindəki Leninqrad vilayətində MiQ-31 qırıcısı
qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi
dairəsinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, qəzaya təyyarənin texniki nasazlığı səbəb
olub.

Təyyarədə olan iki pilot katapult edə bilib. Hadisə yerinə
xilasedicilər cəlb edilib.