Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti ağırdır – Hadisənin təfərrüatları məlum olub (FOTO)

Beyləqan. Trend:

Ötən gün gecə saatlarında əri tərəfindən döyülən Beyləqan rayon
Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti
ağır olaraq qalır.

Bu barədə AzerTimes-ın yerli bürosuna Beyləqan Mərkəzi Rayon
Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun
sözlərinə görə yaşlı qadın koma vəziyyətindən çıxsada, hazırda
reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq
qalır.

“7 Aprel 2022-ci il də saat 12:30 radələrində xəsdəxanamıza
Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü
Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olmuşdur. Müayinə
zamanı xəstədə başın tüklü hissəsin, alın nahiyəsinin, hər iki
əlin, çox saylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda qapalı
kəllə beyin travma diaqnozu qoyulmuşdur. Xəstəyə təcili qaydada
müvafiq tibbi yardım gösdərilmiş, yaraları, birinci cərrahi
tikişlər, ətraflar gipsə qoyulmuşdur. Hal-hazırda xəstənin ümumi
vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi
davam etdirilir”, – deyə həkim əlavə edib.

Qyed edək ki, 81 yaşlı Dilarə Həsənovanı ağır xəsarətlər yetirən
əri, 1940-ci il təvəllüdlü Nuru Həsənov rayon hüquq-mühafizə
orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə
münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan
hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən
Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri
çəkliş aparılmasına razı olmasalar da, söhbət əsnasında bildiriblər
ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə
onun öz çəliyi ilə döyüb. Ailə üzvləri baş verən hadisədən, yəni
döyülərək xəstəxanalıq olan analarının və bu səbəbdən polis
tərəfindən saxlanılan atalarına görə utandıqlarını və hansını
müdafiə edəcəklərini bilmədiklərini deyiblər.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: