ÜST-ün regional direktoru Qoşulmama Hərəkatı çərçivəsində vaksinlərlə bağlı təşəbbüsə görə Prezident İlham Əliyevə təşəkkür edib

Qoşulmama Hərəkatı çərçivəsində COVID-19 əleyhinə vaksinlərlə
bağlı təşəbbüsünə, məhsuldar əməkdaşlığına görə Azərbaycan
Prezidenti İlham Əliyevə ürəkdən təşəkkürümü bildirmək
istəyirəm.

Trend-in
məlumatına görə, bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Henri
Klüge deyib.

“Azərbaycan koronavirusla mübarizəyə qiymətli töhfə verib. Mən
çox şadam ki, Azərbaycan 2030-cu il strategiyasına uyğun olaraq
səhiyyə sektoruna böyük diqqət ayırır. Azərbaycanda gündəlik
yoluxma sayı çevik reaksiya və yüksək səviyyədə peyvəndləmə prosesi
sayəsində günbəgün azalmaqda davam edir”. – deyə o bildirib.

H.Klüge qeyd edib ki, ÜST nümayəndə heyəti tibb məntəqəsinin
açılışı üçün Şamaxıya yola düşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: