Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır – Nazir

Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət
altındadır.

Trend-in
məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev deyib.

“Əhalidə immunitet yaranıb və vəziyyət nəzarət altındadır.
Yoluxma sayı da xəstəxanaya yerləşdirilmə sayı kimi azalmaqdadır”,
– nazir deyib.

O qeyd edib ki, maska rejimi tezliklə ləğv olunsa da, maska
taxmaq tövsiyə olunur.

T.Musayev əlavə edib ki, payız yaxınlaşdıqca daha ehtiyatlı
olmaq lazım gələcək, belə ki, koronavirusun yeni ştamlarının
yaranması mümkündür.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: