ÜST Ukrayna üçün 3,5 milyon dollar həcmində humanitar yardım ayırıb

Вakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna əhalisinə təcili
humanitar yardım göstərmək üçün 3,5 milyon dollar ayırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş
direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, 3,5 milyon dollar məbləğində vəsait ÜST-nin
təcili yardım fondundan “təcili tibbi ləvazimatlar üçün” ayrılıb.
“Əlavə ehtiyacların qiymətləndirilməsindən sonra humanitar dəstəyin
artacağı gözlənilir”, – o əlavə edib.

Qebreyesus, həmçinin, Ukrayna xalqının sağlamlıq vəziyyəti ilə
bağlı dərin narahatlığını dilə gətirib. “Səhiyyə sistemi
fəaliyyətini davam etdirməlidir”, o vurğulayıb..