Ukrayna tərəfi Kiyevə raket zərbələri endirildiyini bildirir

Cümə günü səhər saat 4:22 radələrində (Bakı vaxtı ilə saat
6:22-də – red.) Kiyevin müxtəlif rayonlarında bir neçə partlayış
səsi eşidilib.

Trend yerli KIV-ə istinadən xəbər verir ki, partlayış səsləri
paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə
eşidilib.


“Elə indicə Kiyevə qanadlı və ya ballistik raketlərlə hücumlar
dava edir. İki güclü partlayış eşitdim”, – daxili işlər nazirinin
müşaviri Anton Geraşenko öz Telegram-kanalında yazıb.

Teqlər: